Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyalı hücumçu: “Psixologiyamız çox zəifdir”

108 Baxış

AVRO-2020-də Danimarka tərəfindən darmadağına məruz qalan (4:1) Rusiya milli komandasının hücumçusu Artyom Dzyuba məğlubiyyəti şərh edib.

Sports.ru xəbər verir ki, 32 yaşlı futbolçu komandasının psixoloji vəziyyətindən şikayətlənib.

“Psixologiyamız çox zəifdir, təzyiq altında oynaya bilmirik. Stadionda belə bir atmosferin olması gözəldir, düşünürsən ki, oyunun alınacaq. Lakin dərhal həyəcanlanmağa başlayırıq, çəkinirik, təlaş yaranır”, – deyə “Zenit” klubunun hücumçusu bildirib.

Rusiyalı futbolçu avropalıların isə əksinə, belə vəziyyətdən həzz aldığını düşünür:

“Avropalıların mentaliteti belədir – onlar zövq alırlar. Oynayırlar, döyüşürlər. Biz isə büdrəyirik, yıxılırıq, özümüzü itiririk. Yəqin ki, onlarla fərqimiz budur”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678