Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə yerləşən dünyanın ən qədim məbədin ərazisində 11 böyük təpə aşkar edilib

127 Baxış

Türkiyədə, dünyanın ən qədim məbəd komplekslərindən biri olan Göbəklitəpədə (Şanlıurfa vilayəti) arxeoloqlar insanlar tərəfindən düzəldilmiş 11 böyük təpə aşkar ediblər.

Bu barədə “Daily Sabah” nəşri məlumat yayıb.

Qeyd olunur ki, qum təpələri təxminən 12 min il əvvəl inşa edilmiş qədim tikilini əhatə edir.

Jurnalistlərə açıqlama verən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, alimlər bölgəyə “12 təpə”, yaxud “Türkiyənin cənub-şərq piramidaları” adı verib.

Nazir əlavə edib ki, Türkiyənin bu bölgəsi unikal mədəniyyətə malikdir.

Qeyd edək ki, Göbəklitəpə dünyada ən qədim istehkam məbəd kompleksidir və 2011-ci ildə YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678