Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Balaca şahzadənin qol sevinci maraqla qarşılandı – VİDEO

119 Baxış

Londonun “Uembli” stadionunda keçirilən AVRO-2020-nin final oyununda şahzadə Uilyam, həyat yoldaşı Keyt Middilton və onların yeddi yaşlı övladları Kembric şahzadəsi Corc da iştirak edib.

Unian.net məlumat verir ki, balaca şahzadənin İngiltərənin oyunun ilk dəqiqələrindən vurduğu qolu qeyd etməsi kameraların obyektivindən yayınmayıb və izləyənlərin diqqətini çəkib.

Kral ailəsində böyüyən varislərə uşaq yaşlarından təmkinli davranış qaydalarının öyrədilməsinə baxmayaraq, şahzadə Corc hisslərini büruzə verməkdən çəkinməyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678