Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-da insanlara atəş aşan şəxsi kərpiclə döyüb öldürdülər

124 Baxış

ABŞ-da şənlik məclisində iştirak edən şəxslər insanlara atəş açan kişini kərpiclə döyərək öldürüblər.

Bu barədə NBC telekanalı məlumat verib.

Qeyd olunur ki, insident Texas ştatının Fort-Uort şəhərində baş verib.

Belə ki, ziyafətdə dava düşüb, bundan sonra iştirakçılardan biri atəş açaraq bir nəfəri yaralayıb. Qonaqlar atəş açan şəxsi təqib etməyə başlayıblar. 

Təqib zamanı silahlı şəxs arxasınca qaçan şəxslərə də atəş açmağa başlayıb. Nəticədə azı iki nəfər yaralanıb, onlardan biri daha sonra xəstəxanada ölüb.

Nəhayət silahlı şəxsi yaxalayan bir neçə kişi ona kərpiclə zərbələr endirməyə başlayıb. Nəticədə silahlı şəxs hadisə yerində ölüb. Polis hadisənin təfərrüatını araşdırır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678