Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əfqanıstanda təkcə bir gün ərzində 600-dən çox “Taliban” döyüşçüsü öldürülüb

124 Baxış

Əfqanıstan ordusu ölkənin Qəndəhar, Herat, Hilmənd, Pəktiya və digər vilayətlərində genişmiqyaslı əməliyyat keçirib.

Əfqanıstan Müdafiə Nazirliyinin “Twitter” səhifəsində qeyd olunub ki, həyata keçirilən hərbi əməliyyatlar nəticəsində 679 nəfər “Taliban” yaraqlısı öldürülüb.

Həmçinin ABŞ “Taliban” döyüşçüləri ilə mübarizə aparmaq məqsədi ilə Əfqanıstana “Boinq B-52 Srtatofortress” qırıcılarını göndərib.

Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Fəvad Əmanın açıqlamasına əsasən, ABŞ qırıcılarının Cövzcan vilayətində keçirdiyi əməliyyat nəticəsində 200 “Taliban” döyüşçüsü öldürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678