Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qazaxıstanı iki saata məhv etmək və iki yerə bölmək olar” – Jirinovski

123 Baxış

“Qazaxıstan zəif ölkədir, onu iki saata məhv etmək olar”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski deyib. O, Qazaxıstanı zəif ölkə adlandırıb.

“Qazaxıstan zəif ölkədir, onu iki saata məhv etmək olar”, – deyə o bildirib.

Daha sonra bir az da uzağa gedərək Qazaxıstanı bölməyə çağırıb.

“Qazaxıstanı ancaq iki yerə bölmək olar: şimalı rusların, cənubu isə qazaxların olsun”, – Jirinovski deyib.

“Böyük Turan” ideyasından qorxan rusların timsalında Jirinovski qazaxların fikrini yenə Rusiyaya yönəltməyə çalışır.

“Qazaxlar üçün Moskvaya getmək Ankaraya getməkdən daha asandır. Onlarla Ankarada heç kim kimi davranırlar”, – Jirinovski əlavə edib.  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678