Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin bu gün Paşinyanla danışacaq

121 Baxış
Putin bu gün Paşinyanla danışacaq.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər verir. Məlumatda bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparacaq.

Putin Ermənistanın baş naziri Nikol Paşinyana zəng edəcəyini bildirib.

“Bu gün mənim İrəvanla bağlı xoş sözlərinizi Ermənistanın Baş nazirinə çatdırmaq imkanım olacaq, onunla telefon danışığım olacaq. Düşünürəm ki, o, məmnun qalacaq”, – deyə Putin bildirib.

Prezident mükafatı laureatlarından birinin Ermənistanla bağlı sözlərinə Putin belə reaksiya verib.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678