Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukraynanın Səhiyyə naziri koronavirusa yoluxub

128 Baxış

Ukraynanın Səhiyyə naziri Maksim Stepanov koronavirusa yoluxduğu barədə açıqlama yayıb.

“Dostlar, diqqətli olmağıma və bütün təhlükəsizlik qaydalarına riayət etməyimə baxmayaraq, təəssüf ki, bu gün COVID-19 testimin nəticələrinin müsbət olduğunu öyrəndim. İndi özümü təcrid edirəm, evdəyəm. Məsafədən işləyəcəyəm, gündəlik brifinqləri də buradan aparacağam”, – Səhiyyə naziri öz “Facebook” hesabında yazıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski də COVID-19 virusuna yoluxub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678