Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Conson Zelenskiyə Putinin müharibədə qalib gələcəyi təqdirdə nə baş verəcəyini AÇIQLADI

98 Baxış

“Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibədə qalib gəlsə, heç bir ölkə özünü təhlükəsiz hiss etməyəcək”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Böyük Britaniyanın Baş naziri Boris Consonun avqustun 24-də Kiyevdə Prezident Volodimir Zelenski ilə keçirdiyi brifinqdəki bəyanatına istinadən xəbər verir.

“Əgər Putin qalib gəlsə, bu, dünyanın istənilən avtokratı üçün yaşıl işıq deməkdir. Bu o deməkdir ki, hər şeyi zorla dəyişdirmək olar. Bilirsiniz, Volodimir, britaniyalı siyasətçilər, bütün partiyalar sizə söz verirlər ki, Ukraynanı bir ağızdan dəstələyəcəklər. Bu, xüsusilə iqtisadi dəstək olacaq”, – deyə o bildirib.

Conson deyib ki, o, Böyük Britaniyanın Ukraynaya digər Avropa ölkələrindən daha çox silah verməsi ilə fəxr edir.

“Mən bu gün dedim ki, Ukrayna üçün daha çox sursat verək. Biz müttəfiqlərimizlə birlikdə 10 min ukraynalı əsgərə təlim keçmişik. Həyatın müxtəlif sahələrindən olan insanlar döyüşmək üçün Ukraynaya gəlirlər. Bu, ruhlandırır və Ukraynanın qalib gələcəyinə inam verir”, – deyə Britaniyanın Baş naziri əlavə edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678