Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Belarus ölkədə gizlənməyə çalışan rus çağırışçıları Rusiyaya TƏHVİL VERƏCƏK

89 Baxış

Belarus ölkədə gizlənməyə çalışan rus çağırışçıları Rusiyaya təhvil verəcək.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu məlumatı Belarusun “Maya Kraina Belarus” nəşri paylaşıb. Bildirilir ki, səfərbərlikdən yayınaraq Belarusda gizlənən ruslar ölkəsinə qaytarılacaq.

“Bəzi rus kişiləri Belarusda səfərbərlikdən gizlənməyə çalışırlar, lakin onlar axtarılacaq və ekstradisiya ediləcək”, – məlumatda deyilir.

Lukaşenkonun təhlükəsizlik qüvvələri Rusiya Federasiyasından qaçanların tapılıb həbs edilməsi ilə bağlı şifahi göstəriş alıb.

“Rusiya Federasiyasında qismən səfərbərlik elan edildikdən sonra çağırışçı ruslar ölkəni tərk etməyə çalışırlar. Onlar Belarusu istiqamətlərdən biri kimi seçiblər. Ancaq unudurlar ki, Belarus indi Rusiyanın nəzarətində olan bir dövlətdir. Diktatorlar heç bir problem olmadan bir-birlərinə lazım olan insanları verirlər”, – deyə məqalədə vurğulanıb.

Jurnalistlərin sözlərinə görə, səfərbərlik elan edildikdən dərhal sonra Lukaşenko rejiminin təhlükəsizlik qüvvələrinə Rusiya Federasiyasından hərbi xidmətdən yayınanları axtarmaq əmri verilib. Düzdür, indiyədək onlara şifahi olaraq belə göstəriş verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları gün ərzində kirayə verilən mənzillərə, kontaktlara nəzarət etməlidir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678