Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İran Rusiyaya yeni növ dronlar verə bilər

90 Baxış

İran Rusiyaya yeni növ kompakt “Meraj-521” kamikadze-dronları tədarük edə bilər.

Turanmedia.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat məlumat verib.

Bu dronlar bir neçə gün öncə Tehran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlimləri zamanı təqdim edilib. İran mediası bu PUA-ları ilk olaraq “Saberin” xüsusi təyinatlılarının alacağını yazıb.

Bildirildiyinə görə, “Meraj-521”in uçuş məsafəsi 5 kilometrdir. O, həmçinin 0,5-1 kiloqram çəkidə olan üç növ döyüş başlığını daşıya bilir.

“Meraj-521” kiçik buraxılış qurğularından buraxılır. Operator xüsusi planşet vasitəsilə onu nəzərdə tutulan hədəfə yönəldə bilər.

Yuri İqnat həmçinin qeyd edib ki, Rusiyanın bu dronları almayacağına dair heç bir təminat yoxdur.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678