Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

2009-cu ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan edildi

63 Baxış

Yeni Zelandiyada 2009-cu il yanvarın 1-də və ya ondan sonra doğulmuş şəxslərə siqaret satışı ömürlük qadağan edilib.

Turanmedia.az-ın məlumatına görə, TNS “The Guardian”a istinadla xəbər verir ki, siqaret satışına icazə verilən mağazaların sayının 10% azaldılmasını da ehtiva edən qanun 2023-cü ildə qüvvəyə minəcək.

Yeni Zelandiyanın səhiyyə nazirinin müavini Ayeşa Verrall parlamentdə bildirib ki, qəbul edilən bu qanunla minlərlə insan daha uzun və sağlam ömür sürəcək, səhiyyə sistemi siqaretin səbəb olduğu xərçəng, infarkt və insult kimi xəstəlikləri müalicə etmək məcburiyyətində qalmayacaq və təxminən 5 milyard dollar qənaət ediləcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678