Pensiyalar bu tarixdə veriləcək, artımlar isə…

20 Baxış

Azərbaycanda yanvar ayı üzrə pensiyaların nə vaxt veriləcəyi açıqlanıb.

Turanmedia.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib.

Onun sözlərinə görə, yeni ilin ilk pensiyaları sabah – yanvar ayının 11-də ödəniləcək.

Artımların nə zaman ödənilməsinə gəlincə, qurum rəsmisi bu barədə əlavə məlumat verəcəklərini söyləyib.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, yanvar ayından etibarən əmək pensiyaları indeksasiya olunaraq təxminən 15 faiz artırılacaq.

Ekspertlərin fikrincə, pensiya artımları yanvarın 1-dən hesablansa da, fevral ayında hər iki ay birlikdə ödəniləcək. Yəni yanvar ayı üçün hesablanmış artım fevral ayının pensiya məbləğinə əlavə olunacaq.