Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

OBA marketlərdə nağdsız ödəniş problemi – Kartla ödəniş edən zaman…

38 Baxış

Turanmedia.az xəbər verir ki, TNS-in sosial şəbəkə hesablarına vətəndaşlardan müxtəlif sahələr üzrə şikayətlər daxil olmaqdadır.

Vətəndaş Anar Kərimlinin şikayəti OBA marketdə nağdsız ödəniş zamanı qarşılaşdığı problemlə əlaqədardır:

“OBA market rəhbərliyinə bildirmək istəyirəm ki, nağdsız ödənişlərlə bağlı problemi birdəfəlik həll etsin. Artıq neçənci dəfədir ki, kassalarda kartla (nağdsız) ödəniş edən zaman alış-veriş qəbzində ödənişin nağd üsulla edildiyini görürəm. Ödənişin kartla, nağdsız edilməsinə baxmayaraq, qəbzdə ödəniş nağd üsulla edilibmiş kimi göstərilir. Belə halda mən kartla niyə ödəniş edirəm? Pulu kartdan çıxarıb nağd ödəyərəm. Bu problemlə yalnız Oba marketlərdə qarşılaşıram. Kartı post-terminala yaxınlaşdıranda kartla ödəniş edildiyi təsdiq olunmur, gərək satıcı özü kompüterdə F9 düyməsini sıxaraq, nağdsız ödənişi təsdiqləsin. Oba marketlərdə hər gün satıcı dəyişikliyi olduğu üçün əksər naşı satıcılar ya məsələdən xəbərsizdir, ya da bu, marketin kassasına xidmət edir”.

OBA marketlər şəbəkəsinin Marketinq şöbəsinin rəhbəri Hikmət Əliyev şikayətlə bağlı TNS-ə bildirib ki, şirkət öz əməkdaşlarını daim bu mövzuda məlumatlandırır: “Xüsusi olaraq, işçilər üçün məlumatlandırıcı videolar təqdim olunur. Məqsəd də odur ki, əməkdaşlar müştərilərə daha yaxşı xidmət göstərsinlər. Bu kimi nöqsanlar adətən texniki yanlışlıqlar səbəbindən baş verir. Bəzən də konkret olaraq işə yeni başlayan işçilərin təcrübəsizliyi belə neqativ hallarla nəticələnir. Təəssüf ki, bu, bir reallıqdır. Əməkdaşların bəzən diqqətsizliyi nəticəsində verilən planlar düzgün yerinə yetirilmir. Buna görə də OBA marketlər şəbəkəsi olaraq əməkdaşlarımızın peşəkarlığının artırılması məqsədilə müvafiq videolar hazırlanır. Çalışırıq ki, alıcı və satıcı münasibətlərində neqativ hallar minimuma endirilsin”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678