Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Trendyol”un nümayədələri Dövlət Xidmətinə çağırıldı

41 Baxış

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Türkiyənin “Trendyol” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

Turanmedia.az xəbər verir ki, Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, görüşdə rəqabət və istehlakçı hüquqlarının müdafiəsi mövzularında müzakirələr aparılıb. Azərbaycanın istehlak bazarında seçimin və əlçatanlığın daha da genişlənməsinin önəmi, eyni zamanda, sahibkar-istehlakçı münasibətlərində istehlakçı məmnuniyyəti və institusional yönümlü davranışların əhəmiyyəti qeyd olunub.

Nümayəndə heyətinə, həmçinin Milli Məclisdə ikinci oxunuşda qəbul olunan Rəqabət Məcəlləsinin yeni layihəsi barəsində ətraflı məlumat verilib. Bildirilib ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqinə töhfə verəcək.

Aparılan müzakirələr zamanı tərəflər qanunvericiliyin təminatında dövlət-özəl dialoqunun vacibliyini vurğulayıblar.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678