Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyanın Azərbaycan pomidor və almasına qadağa qoyması ilə bağlı AÇIQLAMA

164 Baxış

“Rosselxoznadzor”un Azərbaycandan pomidor və alma idxalını qadağan etmək qərarına texniki səhv səbəb ola bilər.

Bu barədə “RİA Novosti” Bakıdakı bir mənbəyə istinadla məlumat verib.

Agentliyin həmsöhbəti əlavə edib ki, Moskvanın qərarı Bakı üçün sürpriz olub.

Azərbaycan artıq Rusiya Federasiyası ilə danışıqlara başlayıb. Bakı qadağanın tezliklə götürüləcəyini gözləyir.

Xatırladaq ki, “Rosselxoznadzor” (Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) məhsulların tərkibində zərərvericilərin aşkarlanması səbəbilə dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalını qadağan edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678