Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı-Tbilisi-Qars dəmir yolu ilə gələn yük qatarı Bakı limanından Çinə yola salınır – FOTO

168 Baxış

Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk konteyner qatarı Bakı Limandan 6 saat ərzində fider gəmiyə yüklənəcək.

Oxu.Az-ın məlumatına görə, ümumilikdə 8 min 693 kilometr yol qət edəcək konteynerlər Bakı Limanından 20-22 saat ərzində Qazaxıstanın Aktau limanına çatacaq.

Hər biri 40 futluq olmaqla ümumilikdə 42 konteynerdən ibarət və məişət texnikası daşıyan konteyner qatarı Türkiyə daxilində İstanbul (Marmaray) – Köseköy – Ankara – Sivas – Qars xətti ilə hərəkət edərək, Axalkalaki stansiyasından ölkə xaricindəki nəqliyyat şəbəkəsinə qoşulub.

Yüklər Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Xəzər dənizi üzərindən Qazaxıstana, oradan isə Çinin Sian şəhərinə yollanacaq.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə, Türkiyə Dövlət Dəmir Yollarının dəstəyi ilə İstanbuldan Siana yola salınan ilk ixrac qatarının operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətləridir.

Sayca birinci olan yük karvanı Bakı Limanından Aktau limanına operatoru “ADY Konteyner” şirkəti olan “Beket Ata” fider gəmisi vasitəsilə çatdırılacaq.

Qeyd edək ki, yük qatarı təyinat məntəqəsi olan Sian şəhərinə ümumilikdə 2 qitə, 2 dəniz və 5 ölkə keçərək çatacaq.

Bu qatarlar 2021-ci ildən başlayaraq, ayda iki dəfə olmaqla müntəzəm olaraq hərəkət edəcəklər.

Layihəni “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi çərçivəsində uğurlu əməkdaşlığının nəticəsi hesab etmək olar.

Qeyd edək ki, bu il ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Xəzər dənizi üzərindən fider gəmiləri vasitəsilə ümumilikdə 11 680 TEU konteyner daşınıb.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678