Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ölkədə pambıq yığımı yekun mərhələyə qədəm qoydu

152 Baxış

Panmıq sahələrindən 331,6 min ton məhsul yığılıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, Respublikada pambıq yığımı yekun mərhələyə qədəm qoyub.

Dekabrın 11-dək fermerlər sahələrdən 331 min 649 ton pambıq yığaraq qəbul məntəqələrinə təhvil veriblər. Bu, ötən ilin yekun göstəricisindən 36,6 min ton çoxdur.

Bu günə olan operativ məlumata görə, pambıq yığımında orta məhsuldarlıq 33,2 sentner təşkil edir. Bu, ötən ilin yekun göstəricisindən 3,7 sentner çoxdur. Pambıq yığımının optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 2019-cu il pambıq mövsümünün yekununda ölkə üzrə 295 min ton pambıq yığılaraq məntəqələrə təhvil verilib


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678