Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fransanın “Total” şirkəti beynəlxalq səviyyədə “SOCAR Petroleum”a əməkdaşlıq təklif edib

126 Baxış

Fransanın neft-qaz şirkəti “Total” tərəfindən “SOCAR Petroleum”a birgə əməkdaşlıq etmək təşəbbüsü üzrə müraciət edilib.

Bu barədə Oxu.Az-a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli məlumat verib.

O bildirib ki, Fransanın neft-qaz şirkəti “Total” tərəfindən təklif edilən bu əməkdaşlıq beynəlxalq yükdaşımaları həyata keçirən, dünya üzrə hərəkət edən transport avtomobillərinin SOCAR kartı ilə təmin edilməsini əhatə edirdi:

“Belə ki, yükdaşımaları həyata keçirən avtomobillərə hər bir ölkədən yanacaq kartı verilir ki, onlar hansısa ölkənin ərazisinə keçdikdə həmin kartdan istifadə etməklə yanacaq əldə etsinlər. Belə bir praktikanın Azərbaycanda da tətbiq edilməsinə dair təşəbbüs oldu. Gələcəkdə bunun reallaşması ilə Azərbaycan ərazisindən tranzit yükdaşımalarını həyata keçirən şirkətlər SOCAR kartları ilə yanacaq tələbatlarını qarşılaya bilərlər”.

Qurumun mətbuat katibi onu da qeyd edib ki, hələlik bununla bağlı yekun danışıqlar baş tutmasa da, məsələ gələcək planlar arasında öz aktuallığını qoruyur.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678