Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirlik rəsmiləri qazi ailəsinin sosial vəziyyətini öyrəndi

140 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Ucar rayon sakini, Vətən müharibəsində yaralanmış Fərəcov Elgün Həbib oğlunun ailəsi ilə görüşüb, alənin sosial vəziyyətini öyrəniblər.

Nazirlikdən bildirilib ki, ailə 10 nəfərdən ibarətdir (Elgünün qardaşı və bacısı da hər biri öz ailələri ilə onlarla eyni evdə yaşayır).

Elgünün atası vəfat edib. Anası “DOST İş” Mərkəzi tərəfindən işlə təmin edilib. Hazırda müxtəlif işlərdə fərdi əməklə məşğul olduğunu deyən qardaşına da əmək müqaviləsi əsasında daimi iş təklif edilib.

Qardaşının həyat yoldaşı, habelə Elgünün bacısı hər biri iki azyaşlı uşağa baxırlar. Elgünün nənəsi isə hazırda təqaüdçüdür.

Ailəyə ünvanlı sosial yardım proqramı, proqrama necə müraciət edilməsi, sosial yardımın hansı hallarda təyin olunduğu barədə izahatlar da verilib.

Yaxın günlərdə Elgünün əlilliyinin qiymətləndirilməsi aparılacaq və əlillik dərəcəsi verildiyi halda ona aylıq təqaüd və müavinət ödəniləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678