Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda Amerika Ticarət Palatası və Dövlət Vergi Xidməti konfrans keçirib – FOTO

157 Baxış

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə “Qlobal pandemiya və postmüharibə dövründə iqtisadiyyatın vergi tənzimlənməsi – dayanıqlı iqtisadi artım və münbit investisiya mühiti” mövzusunda onlayn konfrans keçirilib.

Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, konfransda Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Orxan Nəzərli, Xidmətin digər vəzifəli şəxsləri, AmCham-ın rəhbərliyi və təşkilata üzv şirkətlərin, habelə diplomatik korpusun nümayəndələri iştirak ediblər. 

Tədbirdə vergi qanunvericiliyi, biznes mühitinin yaxşılaşdırılması və şəffaflıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı iş adamlarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə vurğulanıb ki, AmCham ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin işlənib hazırlanmasında maraqlıdır. Vergi orqanları ilə əməkdaşlığın nəticəsi olaraq, qurum tərəfindən artıq uzun illərdir ki, vergilər mövzusunda konfranslar təşkil edilir, vergitutma sahəsində aktual olan məsələlər üzrə müzakirələr aparılır, konkret təkliflər irəli sürülür.

AmCham prezidenti Nuran Kərimov məqsədin ölkənin investisiya mühitinin təkmilləşdirilməsində vergi sisteminin rolu, onun birbaşa xarici investisiyaların cəlb edilməsinə təsiri, bu istiqamətdə mövcud faydalı beynəlxalq təcrübə nümunələri və s. məsələləri müzakirə etmək olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən DVX rəisi vəzifəsinin müvəqqəti icraçısı Orxan Nəzərli qeyd edib ki, DVX vergi siyasətinin və vergi inzibatçılığının təkmilləşdirilməsində, vergi ödəyicilərinə yeni xidmətlərin təqdim edilməsində, bütövlükdə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sahibkarların ictimai təşkilatları ilə müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir, qanunvericiliyə dəyişikliklər edilərkən ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının rəylərini nəzərə almağa, sahibkarlıq subyektləri ilə açıq, fəal dialoq qurmağa çalışır. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678