Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın istehsal etdiyi benzin və dizelin həcmi açıqlandı – FOTO

158 Baxış

Azərbaycanda yanvar-noyabr aylarında 2 milyard 809,4 milyon manat dəyərində neft məhsulları istehsal olunub.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,8 faiz azdır.

Noyabr ayı ərzində Azərbaycanda 288,9 milyon manat dəyərində neft məhsulları istehsal olunub. Ölkədə 2020-ci ilin 11 ayı ərzində 1 milyon 66,3 min ton avtomobil benzini, 1 milyon 881,3 min ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 2,3 faiz artıb, dizel yanacağının istehsalı isə 1,6 faiz azalıb.

Eləcə də, neft məhsullarından neft bitumunun istehsalı 51,5 faiz, sürtkü yağlarının istehsalı 9,7 faiz artıb, ağ neftin istehsalı 14,6 faiz, neft koksunun istehsalı 17,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 27,3 faiz, yanacaq mazutunun istehsalı 51,7 faiz azalıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678