Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sığorta ödənişi alan şəhid və xəsarət alan hərbi qulluqçuların sayı açıqlandı – RƏSMİ

134 Baxış

Şəhid olan və müxtəlif dərəcəli xəsarət alan hərbi qulluqçulara və ya onların vərəsələrinə sığorta ödənişlərinin verilməsi təmin olunub.

Bu barədə Mərkəzi Bank tərəfindən məlumat verilib.

Bildirilib ki, 18 dekabr 2020-ci il tarixinə Azərsığorta tərəfindən 4 min 138 şəxsə ödəniş edilib, onlardan 751 nəfəri şəhidlərin vərəsələri, 3 min 387 nəfəri isə xəsarət alanlardır.

Əlavə edilib ki, ödənişlərin təmin olunması məqsədilə müvafiq dövlət qurumları – Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlığa başlayıb.

Prosesin kompleks və ardıcıl idarə olunması üçün Mərkəzi Bankda işçi qrupu yaradılıb. Əməkdaşlıq şəraitində Ədliyə Nazirliyi tərəfindən şəhid olmuş hərbi qulluqçuların vərəsələrinin qısa zamanda müəyyən olunması və onlara müvafiq təsdiqedici sənədlərin verilməsi təmin olunur.

Eyni zamanda, əlilliklə nəticələnən ağır bədən xəsarəti almış hərbi qulluqçulara müvafiq sənədlərin operativ verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edilir.

Şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı nəzərə alınaraq, “Azərsığorta” şirkətinin daxili idarəetmə potensialı artırılıb, şirkət gücləndirilmiş iş rejiminə keçib.

Ödənişlərin operativ əldə edilməsi üçün geniş filial şəbəkəsinə malik olan banklarla hesablaşma əməliyyatlarının aparılması təmin edilib.

Şirkətin bütün rayonları əhatə edən filial şəbəkəsindən istifadə etməklə bütün şəhid ailələri ilə birbaşa əlaqə saxlanılır, sığorta ödənişi və əlaqədar sənədlərin əldə edilməsi ilə bağlı onlara məsləhət və əlaqədar dəstək xidmətləri göstərilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678