Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR-ın törəmələri STAR NEZ ve Petkim layihələrdən 200 milyondan çox dəyər yaradıb

124 Baxış

Pandemiya STAR Neft Emalı Zavodu ve “Petkim Petrokimya Holdinq”in fəaliyyətinə ciddi təsir göstərməyib.

Oxu.Az-ın məlumatına görə, bunu SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Türkiyə Enerji”nin STAR Neft Emalı Zavodu ve “Petkim Petrokimya Holdinq”in Baş direktoru Anar Məmmədov deyib.

O bildirib ki, STAR Neft Emalı Zavodu regionun ən uğurlu şirkətərindən biridir və müəssisə növbəti illərdə də istehsal gücünü artırmaqla əhəmiyyətli bir dəyər yaratmağa davam edəcək:

“Dəyər artırma istiqamətində STAR Neft Emalı Zavodu 53 layihədə iştirak edib, layihələrin nəticəsi olaraq isə 55 milyon ABŞ dolları həcmində əlavə dəyər yaradıb.

Eləcə də, “Petkim Petrokimya Holdinq” tərəfindən 3 il ərzində 320 layihə həyata keçirilib. Bu layihələrdən 160 milyon dollar əlavə dəyər yaradılıb”.

O qeyd edib ki, 2021-ci ildə də bu layihələrin icrasına davam edilməsi planlaşdırılır.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678