Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əhali ATM və POS terminallardan daha çox istifadə etməyə başlayıb

137 Baxış

2020-ci il dekabrın 1-nə olan göstəriciyə görə ATM-lər vasitəsilə 1 milyard 677 milyon manat, POS-terminallar vasitəsilə isə 100 milyon manat nağd pul çıxarılıb.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, ATM-lər vasitəsilə çıxarılan pulun həcmi ötən ayın göstəricilərinə nisbətən 0,8 faiz, ilin əvvəli ilə müqayisədə isə 32,5 faiz artıb. Ölkədə ATM-lər vasitəsilə aparılan əməliyyatların ümumi sayı 6 milyon 936 mindir.

POS-terminallar vasitəsilə çıxarılan nağd pulun həcmi ötən aya nisbətən 16,3 faiz, ilin əvvəli ilə müqayisədə isə bu həcm 53,8 faiz artıb. POS-terminallar vasitəsilə nağd pulun çıxarılması üzrə əməliyyatların sayı 15 min olub.

Eləcə də, ATM-lər vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi 25 milyon manat, POS-terminallar vasitəsilə 226 milyon manat təşkil edib. ATM-lər vasitəsilə 152 minə yaxın nağdsız ödəniş əməliyyatı, POS terminallar vasitəsilə isə 4 milyon 608 min nağdsız ödəniş əməliyyatı həyata keçirilib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678