Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın təbii qaz ixracından əldə etdiyi gəlir açıqlandı

141 Baxış

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan təbii qaz ixracından 2 milyard 178,4 milyon dollar həcmində gəlir əldə edib.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu dövr ərzində təbii qaz ixracından əldə edilən gəlir, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artıb.

2020-ci ilin 11 ayı ərzində 12 milyard 278,9 milyon kubmetr qaz ixrac edilib. Bu,2019-cu ilin eyni dövrünə nisbətən 17,3 faiz çoxdur.

Qeyd edək ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində 2 milyard 78,7 milyon dollar dəyərində 10 milyard 464,9 həcmdə təbii qaz ixrac edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678