Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi ili mənfəətlə başa vurub

131 Baxış

“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi 2019-cu ili mənfəətlə başa vurub.

Oxu.Az-ın qurumun 2019-cu il üzrə maliyyə hesabatına əsasən verdiyi məlumata görə, İdarə 2019-cu ili 1 milyon 760,3 min manat xalis gəlirlə başa vurub.

Qurumun 2019-cu il üzrə əsas əməliyyat gəlirlərinin həcmi 8 milyon 686,4 min manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə, 18,3 faiz azdır. Ümumi xərclərin həcmi isə 2 milyon 308,8 min manat olub və ötən ilə nisbətən 3,3 dəfə azalıb.

Əmək müqavilələri əsasında çalışan işçilərin əməkhaqlarının ödənilməsinə 4 milyon 752,3 min manat, sosial fondların təminatına ayırmalara 902,7 min manat sərf olunub. Köhnəlmə və amortizasiya xərclərinin həcmi 546,1 min manat təşkil edib, bu isə ötən illə müqayisədə, 2 dəfəyə qədər azdır.

2018-ci ili 3,5 milyon zərərlə yekun vurduğu əməliyyat mənfəətinin həcmi 2019-cu ildə 2 milyon 30,5 min manat təşkil edib.

2019-cu ildə qurum 31,1 min manat mənfəət vergisi ödəyib.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi 2018-ci ili 929,5 min manat xalis zərərlə başa vurub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678