Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu il tikinti və şəhərsalma üzrə ayrılan vəsait hansı istiqamətlərdə xərclənəcək?

116 Baxış

Azərbaycanda bu il dövlət büdcəsindən tikinti və şəhərsalma üzrə ayrılan xərclərin təyinatı məlum olub.

Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərmanında öz əksini tapıb. 

Fərmana əsasən, bu il dövlət büdcəsindən tikinti və şəhərsalma üzrə 5 036 561 290 manat vəsait ayrılıb. 

Həmin vəsaitin 2 835 000 000 manatı dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri), 2,2 milyard manatı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə xərclənəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678