Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mikayıl Cabbarov ölkəyə dəymiş maddi ziyanın hesablanması ilə bağlı görülən işlərdən danışdı

122 Baxış

“Vahid metodologiyanın tətbiqində bizə dəstək verən xarici məsləhətçilərin yanvar ayında səfəri nəzərdə tutulub”.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirə zamanı işğaldan azad edilən ərazilərə dəymiş ziyanın hesablanması ilə bağlı danışarkən məlumat verib.

“Məhz gələcəkdə məhkəmə təzminatlarının, məhkəmə proseslərinin aparılmasını nəzərə alaraq, biz bu işi öncədən vahid metodoloji əsasda qururuq. Paralel olaraq həm yerli qiymətləndirici şirkətlərin, dövlət müəssisələrinin burada, ilk növbədə, Əmlak Məsələləri Xidmətinin kompetensiyaları çərçivəsində, özəl sektorun cəlb edilməsi və digər aidiyyəti dövlət orqanları ilə birlikdə hər bir istiqamət üzrə bu fəaliyyətin həyata keçirilməsinə başlamışıq. Bu prosesin ilkin mərhələsində indiyə qədər keçirilmiş ayrı-ayrı qiymətləndirmələrin və tədqiqatların ümumiləşdirilməsi, təhlili və paralel olaraq ərazilərə təhlükəsiz çıxışın təmin edilməsi ilə birlikdə artıq həmin qiymətləndirilmələrin yerində aparılması həyata keçirilir” – deyə, nazir bildirib.

Mikayıl Cabbarov əlavə edib ki, dağ-mədən yataqlarının istismarından dəyən zərərin qiymətləndirilməsində xeyli irəliləmişik:

“Bu fəaliyyəti artıq bir neçə ildir ki, sizin göstərişinizə uyğun olaraq həyata keçiririk və hazırda sadəcə, dəqiqləşmə işləri aparılır. Çünki bizim həmin yataqlara artıq fiziki çıxışımız da var. Analoji olaraq dağıdılmış mülkiyyət, torpaq istismarı, istər dövlət mülkiyyəti, istərsə də özəl mülkiyyət üzrə təbii sərvətlərə dəymiş zərər kimi istiqamətlərdə fəaliyyət həyata keçirilir.

Son olaraq onu da məruzə etmək istərdim ki, qeyd etdiyiniz həmin vahid metodologiyanın tətbiqində bizə dəstək verən xarici məsləhətçilərin yanvar ayında səfəri nəzərdə tutulub. Mütəmadi olaraq diqqətinizə müvafiq məruzələri edəcəyik”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678