Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İpoteka bazarında vəziyyət: faizlər, aylıq ödənişlər…

132 Baxış

2020-ci ilin 11 ayı ərzində dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna 161,2 milyon manat ayrılıb.

Oxu.Az-ın Mərkəzi Bankın hesabatına əsasən verdiyi məlumata görə, bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə (80 milyon manat) iki dəfə çoxdur.

Belə ki, 2020-ci ilin yanvar-noyabr ayları ərzində banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 228,7 milyon manat olub. Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə (158,6 milyon manat) 44,2 faiz az olub.

Bu dövr ərzində İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 138,1 milyon manat olub. Əvvəlki illə müqayisədə bu kreditlərin həcmi 1,6 dəfə azalıb.

11 ay ərzində Fondun yerləşdirilmiş istiqrazlarının həcmi 200 milyon manat təşkil edib. Əvvəlki illə müqayisədə bu, 50 milyon manat daha çox olub.  

Əlavə edək ki, ötən ilin dekabr ayına qədər müvəkkil kredit təşkilatları (MKT) tərəfindən verilən məbləğ 52 min 746 manatı təşkil edib.

İl ərzində faiz dərəcələrində dəyişiklik olub. Belə ki, yanvar ayında faiz dərəcəsi 6,43-dən başlayıb, avqust ayında faiz dərəcəsi 6,40-dan 6,39 faizə qədər azalıb. Sentyabr ayında faiz göstəricisi 6,38-ə enib, oktyabr və noyabr aylarında isə 6,36-a bərabər olub.

Aylıq ödənişlərin həcmi isə ilin sonunda, yəni, noyabr ayında 368,2 manat təşkil edib. İlin əvvəlindən sonuna qədər aylıq ödənişlərdə artım qeydə alınıb. Yanvar ayında aylıq ödənişin həcmi 355,8 manat təşkil edib. İlin sonuna qədər, yəni, noyabr ayında ödəniş cüzi artımlarla 368,2 manata bərabər olub. 

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678