AYİB Azərbaycanın qida istehsalçısına 7 milyon manat kredit ayırıb
“Veysəloğlu Şirkətlər Qrupu”na Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən 7 milyon manat dəyərində kredit ayrılıb.
Oxu.Az-ın bankın rəsmi saytından əldə etdiyi məlumata əsasən, şirkətin müraciəti 22 oktyabr tarixində təsdiq edilib.
Belə ki, şirkətlər qrupu dövriyyə kapitalı tələblərinin və likvidlik ehtiyaclarının maliyyələşdirilməsi üçün 7 milyon AZN (3,5 milyon avro) məbləğində yerli valyutada birinci dərəcəli kredit ayrılıb.
Kredit likvidlik və dövriyyə kapitalı ehtiyacları yarandığı təqdirdə istifadə olunacaq ehtiyat kreditidir.
Layihə COVID-19 və onunla əlaqədar təsirlər naməlum vaxta uzandığı təqdirdə şirkətlər qrupunun dövriyyə kapitalı və likvidlik tələblərinin qarşılanması üçün maliyyələşdirmənin təmin olunmasından ibarətdir.
Bu layihə Bankın COVID-19 pandemiyasına cavabı nöqteyi-nəzərindən təsdiq edilib.
Nigar Məmmədova
Məlumat oxu.az saytından götürülmüşdür.