Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın MDB ölkələri ilə ticarət əməliyyatlarının həcmi – FOTO

173 Baxış

2020-ci ildə Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi 4 milyard 107,8 milyon ABŞ dolları olub. Ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 10,9 faiz azalıb.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, Azərbaycandan bu dövr ərzində MDB ölkələrinə 1 milyard 306,1 milyon dollarlıq məhsul ixrac edilib ki, bu, əvvəlki ilin göstəricilərinə nisbətən 10,8 faiz çoxdur. Bu ölkələrdən Azərbaycana 2 milyard 801,7 milyon dollarlıq məhsul idxal olunub. Bu isə 2019-ci illə müqayisədə 18,3 faiz azdır.

Azərbaycanla MDB ölkələri üzrə ən çox ticarət dövriyyəsinə sahib ölkə Rusiyadır. İki ölkə arasında ümumi ticarət dövriyyəsinin dəyəri 2 milyard 671,5 milyon dollar olub. Ötən il ərzində Azərbaycandan Rusiyaya 709,4 milyon dollar dəyərində məhsul ixrac edilib. Rusiyadan Azərbaycana isə 1 milyard 962,2 milyon dollar həcmində məhsul idxal edilib.

Ticarət dövriyyəsinə görə MDB üzrə 2-ci ölkə olan Ukrayna ilə ticarət dövriyyəsinin həcmi 771,5 milyon dollar olub. Azərbaycandan bu ölkəyə ixrac edilən məhsulların ümumi dəyəri 353 milyon dollar, ölkədən idxal edilən məhsulların dəyəri isə 418,5 milyon dollar olub.

Eləcə də, Belarus ilə ümumi ticarət dövriyyəsinin həcmi 313,2 milyon dollar olub. Belarusa ixrac edilən məhsulların ümumi dəyəri 164,9 milyon dollar, ölkədən idxal edilən məhsulların dəyəri isə 148,2 milyon dollar olub.

Həmçinin, Qazaxıstan ilə ümumi ticarət dövriyyəsinin həcmi 142 milyon dollar olub. Qazaxıstana ixrac edilən məhsulların dəyəri 25,9 milyon dollar, ölkədən idxal edilən məhsulların dəyəri isə 116,1 ABŞ dollarını təşkil edib.

Eləcə də, Türkmənistan ilə ticarət dövriyyəsinin həcmi 108,8 milyon dollar olub. Türkmənistana ixrac edilən məhsulların dəyəri 18,9 milyon dollar, ölkədən idxal edilən məhsulların dəyəri isə 89,9 milyon dollar olub.

Qrafikdə digər MDB ölkələri ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi əks olunub:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678