Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət büdcəsinə köçürüləcək vəsaitlərlə bağlı dəyişiklik – LAYİHƏ

118 Baxış

Dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorarın köçürüləcəyi mənbə dəyişdirilir.  

Oxu.Az-ın məlumatına görə, bununla bağlı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişiklik qanunun 27-ci maddəsinin ikinci hissəsi ilə əlaqədardır.

Qüvvədə olan varianta görə, Azərbaycan müəlliflərinin ictimai varidat dairəsinə aid edilən əsərləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət varidatı elan edilə və ondan istifadəyə görə xüsusi ödənişlər müəyyənləşdirilə bilər.

Dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar Azərbaycanın dövlət büdcəsinə köçürülür.

Layihədə isə təklif olunur ki, həmin qonorar müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qurumun hesabına köçürülsün.

Eyni zamanda təklif edilir ki, həmin vəsait müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadə olunsun.

Layihənin parlamentin yaz sessiyasının iclaslarında müzakirəsi gözlənilir.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678