Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baş nazirdən QƏRAR: AMEA-nın mövsümü geyimlər üçün xərcləri 10 dəfəyədək artırıldı

124 Baxış

Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli qərarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında  təhsil aldıqları müddət ərzində dərslik AMEA-nın vəsaiti hesabına təmin edilir. Və ya həmin dərslik və dərs ləvazimatları əvəzinə 50 manat müavinət veriləcək.

Bu zamana qədər isə həmin məbləğ 36 manat müəyyən edilmişdi.

Həmçinin müvafiq təhsil müəssisəsinin və ya AMEA-nın xərclər smetası hesabına veriləcək mövsümü paltar, ayaqqabılar üçün çəkilən xərclərin dəyəri də artırılır.

Qərarla həmin məbləğ 27,5 manatdan 265 manata qaldırılır.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678