Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Maliyyə Nazirliyi icmal büdcənin kəsiri barədə məlumat verdi

134 Baxış

2020-ci ilin icmal büdcəsinin gəlirləri 24 milyard 462,5 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 2 milyard 99,6 milyon manat və ya 9,4 faiz çoxdur.

Bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair hesabatda məlumat verilib.

2020-ci ilin icmal büdcəsinin xərcləri 29 milyard 160,3 milyon manat olub ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 654,2 milyon manat və ya 10,0 faiz çoxdur.

İcmal büdcənin kəsiri 4 milyard 697,8 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 40,9 faiz azdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678