Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bankların kredit portfelinin həcmi açıqlandı

181 Baxış

Bu ilin sentyabr ayının sonuna olan göstəricilərə əsasən bankların ümumi kredit portfelinin həcmi 14 milyard 497 milyon manat olub.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, kreditlərin əksəriyyətini sahibkarlara verilmiş biznes kreditlərini təşkil edib. Belə ki, bu dövr ərzində sahibkarlara 8 milyard 741,1 milyon manat biznes krediti verilib.

Həmçinin, istehlak kreditlərinin həcmi 3 milyard 808,5 milyon manatı təşkil edib. Bu dövr ərzində verilmiş ipoteka kreditlərinin həcmi 1 milyard 947,4 milyon manat olub. 

Nigar Məmmədova 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678