Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstan patriarxı Azərbaycana təşəkkür edib

152 Baxış

Gürcüstanın patriarx-katalikosu II İlya və “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov arasında görüş keçirilib.

“Report” xəbər verir ki, bu barədə patriarxlıqdan bildirilib.

Görüşdə əməkdaşlıq məsələsi müzakirə olunub. II İlya beş il ərzində “SOCAR Energy Georgia” şirkətinin patriarxlığa göstərdiyi dəstəyə görə təşəkkür edib.

Gürcüstan patriarxlığının baş keşişi Giorgi Zviadadze bildirib ki, görüşdə əsas diqqət iki dövlət və xalq arasında ikitərəfli münasibətlərə yönəldilib. O, bu münasibətlərin qarşılıqlı hörmətə əsaslandığını qeyd edib: “Azərbaycan Dövlət Neft Şirkəti beş il bundan öncə Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə Gürcüstandakı kilsələrin istehlak etdiyi təbii qazın dəyərinin ödənilməsi üzrə layihəyə başlayıb. Bu proqram 35 yeparxiyanın təxminən 650 kilsə və monastrını əhatə edir”.

G.Zviadadze deyib ki, görüşdə M.Məmmədov Gürcüstan patriarxına Azərbaycan və gürcü xalqları və dövlətləri arasında mövcud dost və yaxın münasibətlərin möhkəmləndirilməsinə görə minnətdarlıq edib.

Xatırladaq ki, Gürcüstan patriarxlığı və “SOCAR Energy Georgia” arasında əməkdaşlıq haqqında memorandum 2014-cü ilin noyabrında imzalanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678