Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda istehsal edilən benzin və dizelin həcmi açıqlanıb – FOTO

134 Baxış

Azərbaycanda 2021-ci ilin yanvar ayı ərzində 268,5 milyon manat dəyərində neft məhsulları istehsal olunub.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz azdır.

Ölkədə yanvar ayı ərzində 86,2 min ton avtomobil benzini, 189,3 min ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 29,3 faiz, dizel yanacağının istehsalı isə 6,8 faiz faiz azalıb.

Eləcə də, neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 69,3 faiz artıb, ağ neftin istehsalı 45,8 faiz, sürtkü yağlarının istehsalı 39 faiz, neft bitumunun istehsalı 61,2 faiz, yanacaq mazutunun istehsalı 85 faiz azalıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678