Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azexport.az” ilə edilən satışın dəyəri 2,2 milyardı keçib – FOTO

145 Baxış

2020-ci ilin yanvar ayı ərzində “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri açıqlanıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin fevral sayında məlumat verilib.

Ötən ay “Azexport.az” portalına 53,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Portala ən çox ixrac sifarişi fındıq, toyuq əti, pambıq yağı, toyuq yumurtası, pambıq mahlıcı, biyan kökü, nar şirəsi və toxumu, kərə yağı, sarımsaq, şərab, çay, boya, kosmetik vasitə, xurma, diaqnostika cihazı və s. mallara daxil olub.

2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 yanvar tarixinə kimi (49 ay ərzində) “Azexport.az” portalına dünyanın 143 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 250 milyon ABŞ dolları təşkil edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678