Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda ATM və POS terminallardan istifadə artıb

172 Baxış

2020-ci ilin sentyabr ayının sonuna olan göstəricilərə əsasən, Azərbaycanda 1000 ödəniş kartına düşən əməliyyatların orta aylıq həcmi 270,5 min manat olub.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 2,6 faiz çox olub.

Eləcə də, bir ATM-ә düşәn әmәliyyatların orta aylıq həcmi 623,3 min manat olub. Bu əməliyyatların həcmi 2019-cu ilin cari dövrünə nisbətən 20,8 faiz artıb. ATM üzrә bir әmәliyyatın orta aylıq hәcmi isə 232,6 manat olub ki, bu da əvvəlki ilə nəzərən 12,1 faiz artıb.

Həmçinin, bir POS-a düşәn әmәliyyatların orta aylıq həcmi 5548,9 manat olub. Ötən ilə nisbətən bu göstərici 98,4 faiz artıb. Buna baxmayaraq, POS üzrә bir әmәliyyatın orta aylıq hәcmi bu ilin sentyabr ayında 67 manat təşkil edibsə, 2019-cu ilin cari dövründə 80,8 manat olub.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678