Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ağyoxuş 1” yatağının texniki cəhətdən çıxarılabilən qızıl ehtiyatları açıqlandı

133 Baxış

“Ağyoxuş 1” yatağının yerin təkində olan resursları 40 min unsiya qızıl olaraq hesablanıb və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 iyun 2020-ci il tarixli 1 nömrəli Protokolu ilə dövlət balansına qəbul edilib. 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, həmin resursların texniki cəhətdən çıxarılabilən həcmi isə 18 944 unsiya qızıl təşkil edir.

Məlumatda deyilir ki, 2020-ci il ərzində “Ağyoxuş” yatağında əlavə resurs mənbələrinin aşkar edilməsi məqsədi ilə “Ağyoxuş 2” və “Ağyoxuş 3” sahələrində buruq-qazma işləri icra edilib. Qazma işləri nəticəsində götürülmüş nümunələr beynəlxalq laboratoriyaya göndərilib, əldə edilmiş nəticələr müsbət qiymətləndirilir.

Əlavə edilib ki, “Ağyoxuş” yatağının işlənməsi üç istismar mərhələsindən ibarət olacaq (“Ağyoxuş 1”, “Ağyoxuş 2” və “Ağyoxuş 3”) və bütün mərhələlərin icrası “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsində həyata keçiriləcək. 2022-ci ilədək “Ağyoxuş” yatağının bütün mərhələləri üzrə istismar işlərinə başlanılacaq.

2020-ci il noyabr ayında “Ağyoxuş” yatağının birinci mərhələsi (“Ağyoxuş 1”) üzrə hasilat işlərinə başlanılıb, hazırda da hasil işləri uğurla davam etdirilir. İstismarda olan “Çovdar” qızıl mədəni ilə yanaşı “Ağyoxuş 1” yatağı “AzerGold”un istismar etdiyi ikinci qızıl yatağıdır.

“Ağyoxuş” da miqyasına görə nisbətən kiçik yataq hesab edilsə də, hazırda fəaliyyətdə olan “Çovdar” mədəninə yaxınlıqda yerləşməsi bu yatağın əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına şərait yaradır.

Qeyd edək ki, “Ağyoxuş” qızıl yatağı “Çovdar” yatağından hava yolu ilə yeddi kilometr şimal-şərqdə, Daşkəsən və Göygöl rayonlarının inzibati ərazisində yerləşir. Yataq 2017-ci ildə “AzerGold” QSC-nin geoloqları tərəfindən kəşf edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678