Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qaz kəsilməsi ilə bağlı abonentlərə SMS-lə xəbərdarlıq ediləcək – RƏSMİ + FOTO

117 Baxış

Abonentlər qaz təchizatında dayandırmalara dair məlumatları SMS formasında alacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Oxu.Az-a verilən məlumata əsasən, qaz təchizatında hər hansı bir səbəbdən dayandırma olarsa, bu barədə məlumatların abonentlərə SMS bildiriş formasında göndərilməsi planlaşdırılır.

Bildirilib ki, bu proses pilot layihə olaraq ilkin mərhələdə Bakı şəhəri və Abşeron yarımadasına daxil olan 12 inzibati rayonda reallaşdırılacaq. Daha sonra bölgələrdə də layihənin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qaz təchizatında dayandırmalara dair SMS bildirişlərin göndərilməsinə yaxın 10 gün ərzində start veriləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678