Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu il Belarus Azərbaycandan 1 milyon ton neft alacaq

161 Baxış

Cari ildə Belarus Azərbaycandan 1 milyon ton neft almağı planlaşdırır.

“Belta”nın məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycandan Belarusa “qara qızılın” tədarükü davam edir:

“Bu il üçün 1 milyon ton planlaşdırılıb. Bu günədək artıq 270 min ton tədarük olunub. 90 min ton neft daşıyan tanker isə hazırda yoldadır”, – deyə diplomat qeyd edib.

Həmçinin səfir əlavə edib ki, 2020-ci ildə Azərbaycandan Belarusa 800 min ton neft tədarük edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678