Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aleksey Vedev: “Neftin sabit qiyməti yüksək mənfəətdən daha vacibdir”

136 Baxış

Dünya iqtisadiyyatına zərər vuran koronavirus pandemiyası artıq ikinci ildir ki, davam edir. Eyni zamanda, bir çox ekspertin müşahidələrinə görə, kəskin böhran, postsovet məkanının neft istehsal edən ölkələrini təhdid etmir (əlbəttə ki, neft qiymətlərində kəskin bir azalma olmasa).

E.Qaydar adına İqtisadi Siyasət İnstitutu Maliyyə Tədqiqatları Laboratoriyasının müdiri, 2014–2017-ci illərdə Rusiya İqtisadi İnkişaf nazirinin müavini, iqtisad elmləri doktoru Aleksey Vedev Caliber.Az-a bununla bağlı qiymətləndirməsini açıqlayıb.

Onun sözlərinə görə, “OPEC+” may və iyun ayları üçün neft hasilatı kvotalarını artırsa da, hazırda neft bazarında qiymətlər ümumiyyətlə yüksəlir və heç kim qiymətlərdə xüsusi enmə gözləmir.

“Bir vacib amil də var – Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun və s. beynəlxalq maliyyə təşkilatlarının nikbinliyi. Hər kəs bu il güclü iqtisadi artım gözləyir”.

Ekspert “Bloomberg”in dünyada neft ehtiyatlarının azalmasının onun bir barelinin 74 dollara qədər artmasına səbəb ola biləcəyi barədə proqnozuna da münasibət bildirib. Onun sözlərinə görə, neftin qiymətini proqnozlaşdırmaq səmərəsiz məşğuliyyətdir.

“Mən tamamilə səhv olduğu ortaya çıxan yüzlərlə proqnoz görmüşəm. “Bloomberg” hesabatına inanmağa meyilli deyiləm. Proqnozlara deyil, az-çox tarazlıq dəhlizindən danışmaq lazımdır, bu isə bir barel üçün 50-60 dollardır. Bu qiymət komfort vəziyyət təmin edir. Daha yüksək olarsa, düşmə riski yaradır. Yəni əsas olan artıq mənfəət deyil, sabitlikdir”, – deyə Aleksey Vedev sözlərini yekunlaşdırıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678