Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Şahdəniz 2” layihəsi üzrə növbəti dövrdə görüləcək işlər açıqlanıb – RƏSMİ

133 Baxış

İlin ilk üç ayı ərzində “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə 5,1 milyard kubmetrdən çox qaz və təqribən 1 milyon ton (7,8 milyon barel) kondensat hasil edilib.

“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, “Şahdəniz” yatağı üzrə fəaliyyətə təqribən 688 milyon dollar əməliyyat xərcləri və 181 milyon dollardan çox əsaslı xərclər çəkilib.

Bildirilib ki, əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

İlin birinci rübü ərzində “Şahdəniz 2” layihəsi çərçivəsində yatağın dərinsulu şərq-cənub cinahından ikinci rübə planlaşdırılmış qaz hasilatının başlanması üzrə bir sıra mühüm işləri başa çatdırmağa nail olundu. Hasilatın başlanması hazırda cədvəl üzrə uğurla davam edən dənizdə quraşdırma və istismar sınaqları bitdikdən sonra nəzərdə tutulur.

“Şahdəniz 2” hasilatın başlanması və sonrakı artım üçün artıq ümumilikdə 21 quyu qazılıb və bunlardan 17-si tamamlanıb.

Qeyd edilib ki, mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 58 milyon (ildə 21 milyarddan artıq) kubmetrdir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678