Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın ixracını təşkil edən əsas məhsullar açıqlanıb – FOTO

171 Baxış

2020-ci ilin yanvar-sentyabr aylarında ən çox ixrac edilən qeyri-neft sektoru məhsulları tomat, qızıl və pambıq mahlıcı olub.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib. 

Belə ki, 167,8 milyon ABŞ dollar dəyərində pomidor, 150 milyon ABŞ dolları dəyərində emal olunmamış formalarda qızıl, 82,7 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edilib.

2020-ci ilin 9 ayı ərzində meyvə-tərəvəz ixracı 402 milyon dollar, pambıq lifi ixracı 83,9 milyon dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 73,7 milyon dollar, kimya sənayesi məhsullarının ixracı 60,3 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 38,2 milyon dollar,  plastmassa və onlardan hazırlanan məmulatların ixracı 122,4 milyon dollar, pambıq ipliyi ixracı 12 milyon dollar, spirtli və spirtsiz içkilərin ixracı 9 milyon dollar, şəkər ixracı 12,4 milyon dollar, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 17,3 milyon dollar, çay ixracı 6,7 milyon dollar təşkil edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678