Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət məxsus quşçuluq müəssisəsi özəlləşdirilib

151 Baxış

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac təşkil olunub.

Dövlət Xidmətindən verilən məlumata əsasən, hərracda “Ağcabədi Reproduktor Quşçuluq” ASC-nin səhm paketi özəlləşdirilib.

Hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. Hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər.

Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə onlayn qoşula bilər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678