Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mikayıl Cabbarov Britaniyanın ixracat nazirini qəbul etdi – FOTO

121 Baxış

İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının İxracat naziri Qraham Styuart ilə görüşüb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata əsasən, Mikayıl Cabbarov Azərbaycan-Böyük Britaniya əlaqələrinin genişləndiyini qeyd edib, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

Bildirilib ki, ölkələrimiz arasında digər sahələrlə yanaşı, uğurlu ticarət və investisiya əməkdaşlığı həyata keçirilir. Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkədir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678