Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycana ABŞ-dan 3 000 yaxın maşın gətirilib – TOP 10

145 Baxış

2021-ci ilin birinci rübündə Azərbaycana 8 587 ədəd qığılcımla alışan (benzin və qazla işləyən) daxili yanma mühərrikli (DYM), 3 777 ədəd dizel mühərrikli, dörd ədəd xüsusi təyinatlı və üç ədəd digər növ minik avtomobili gətirilib.

Oxu.Az-ın araşdırmasına əsasən, qığılcımla alışan DYM-li minik avtomobillərinin ümumi dəyəri 94 milyon 798,16 min dollar, dizel mühərrikli avtomobillərin ümumi dəyəri isə 26 milyon 867,63 min dollar olub. 

Qığılcımla alışan DYM-li minik avtomobillərindən 89 ədədi mühərrikinin həcmi 1000 kub sm-dən çox olmayan, 4 563 ədədi mühərrikinin həcmi 1000-1500 kub sm olan, 3 887 ədədi mühərrikinin həcmi 1500-3000 kub sm olan, 48 ədədi mühərrikinin həcmi 3000 kub sm-dən çox olan minik avtomobilləridir. 

Ölkəyə gətirilən dizel mühərrikli avtomobillərdən 1 674 ədədi mühərrikinin həcmi 1500 kub sm-dən çox olmayan, 2 min 016 ədədi mühərrikinin həcmi 1500-2500 kub sm olan, 87 ədədi isə mühərrikinin həcmi 2500 kub sm-dən çox olan minik avtomobilləridir.

Xüsusi təyinatlı minik avtomobillərinin ümumi dəyəri 3,4 min dollar, digər növ minik avtomobillərinin dəyəri 43 min dollar olub.

İlin ilk rübündə minik avtomobilləri Azərbaycana dünyanın 26 ölkəsindən – Yaponiya, Türkiyə, Tailand, Sloveniya, Slovakiya, Rumıniya, Ruanda, Polşa, Mərakeş, Meksika, Mavriki, Koreya, Kanada, İtaliya, İsveç, İspaniya, İran, İndoneziya, Hindistan, Fransa, Çin, Çexiya, Cənubi Afrika, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Belçika, ABŞ-dan idxal edib.

ABŞ – ümumi dəyəri 22 milyon 921,3 min dollar olan 2 846 ədəd avtomobil idxal edilib. Onlardan 2 815 ədədi qığılcımla alışan DYM-li, 31 ədədi dizel mühərrikli olub.

Almaniya – ümumi dəyəri 34 milyon 264,34 min dollar olan 2 690 ədəd avtomobil idxal edilib. Onlardan 1 706 ədədi qığılcımla alışan DYM-li, 984 ədədi dizel mühərrikli olub.

Koreya – ümumi dəyəri 15 milyon 705,67 min dollar olan 2 487 ədəd avtomobil idxal edilib. Onlardan 1 039 ədədi qığılcımla alışan DYM-li, 1 528 ədədi dizel mühərrikli olub.

Rusiya – ümumi dəyəri 8 milyon 700,56 min dollar olan 929 ədəd avtomobil idxal edilib. Onlardan 928 ədədi qığılcımla alışan DYM-li, 1 ədədi sıxılmaqdan alışan DYM-li (dizel mühərrikli) olub.

Meksika – ümumi dəyəri 5 milyon 622,8 min dollar olan 472 ədəd avtomobil idxal edilib. Onlardan 468 ədəd qığılcımla alışan YDM-li, 3 ədədi dizel mühərrikli, 1 ədədi digər minik avtomobilləri kateqoriyasında olub.

Yaponiya – ümumi dəyəri 8 milyon 874,7 dollar olan 575 ədəd avtomobil idxal edilib. Onlardan 460 ədədi qığılcımla alışan DYM-li, 115 ədədi dizel mühərrikli olub.

Türkiyə – ümumi dəyəri 2 milyon 866,4 dollar olan 363 ədəd avtomobil idxal edilib. Onlardan 161 ədədi qığılcımla alışan DYM-li, 202 ədədi dizel mühərrikli olub.

Slovakiya – ümumi dəyəri 3 milyon 818,3 min dollar olan 323 ədəd avtomobil idxal edilib. Onlardan 164 ədəd qığılcımla alışan YDM-li, 159 ədəd dizel mühərrikli avtomobil olub.

Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığından – ümumi dəyəri 6 milyon 61 min dollar olan 314 ədəd avtomobil idxal edilib. Onlardan 84 ədədi qığılcımla alışan DYM-li, 689 ədədi dizel mühərrikli olub.

Çin – ümumi dəyəri 4 milyon 135,5 dollar olan dollar olan 279 ədəd avtomobil idxal edilib. Onlardan 217 ədədi qığılcımla alışan DYM-li, 62 ədədi dizel mühərrikli olub.

Fransa – ümumi dəyəri 943,1 min dollar olan 179 ədəd avtomobil idxal edilib. Onlardan 30 ədədi qığılcımla alışan DYM-li, 149 ədədi dizel mühərrikli olub.

Tailand – ümumi dəyəri 3 milyon 414,4 min dollar olan 168 ədəd avtomobil idxal edilib. Onlardan 23 ədədi qığılcımla alışan DYM-li, 145 ədədi dizel mühərrikli olub.

Çexiya – ümumi dəyəri 1 milyon 437,2 dollar olan 149 ədəd avtomobil idxal edilib. Onlardan 85 ədədi qığılcımla alışan DYM-li, 64 ədədi dizel mühərrikli olub.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678