Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR-ın 2021-ci il üçün maliyyə planının icrası müzakirə edilib – FOTO

129 Baxış

Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.

SOCAR-ın məlumatına əsasən, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov toplantı iştirakçılarını 28 May – Respublika Günü münasibəti ilə təbrik edib.

Şura sədri vurğulayıb ki, bu il Respublika Gününü Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı qələbə qazanan qalib dövlətin, güclü və müstəqil Azərbaycanın vətəndaşları olaraq qeyd edirik.

İclasda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər müzakirə edilib.

Sonra Müşahidə Şurasının ötən iclasında verilən tapşırıqların yerinə yetirilməsi vəziyyəti barədə Dövlət Neft Şirkətinin təqdimatı dinlənilib, SOCAR-ın 2021-ci il üçün maliyyə planının icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Dövlət Neft Şirkətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 2021-ci il 23 yanvar tarixli Fərmanına əsasən yaradılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678